Çilidə meşə yanğınları: 23 insan öldü

Çilidə meşə yanğınları: 23 insan öldü

Çilidə davam edən meşə yanğınları ən azı 23 insanın ölümünə səbəb olub.

AzerTimes “Nyu York Post”a istinadla xəbər verir ki, 1100-dən çox insan sığınacaqlara sığınıb, ən azı 979 nəfərin şiddətli yanğınlar nəticəsində xəsarət alıb.

Daxili işlər naziri Karolina Toha bildirib ki, hava şəraiti yanğınların söndürülməsini çox çətinləşdirir və fövqəladə vəziyyət daha da pisləşir.

O, İspaniya, ABŞ, Argentina, Ekvador, Braziliya və Venesuela hökumətlərinin yanğınların söndürülməsi üçün yardım təklif etdiklərini bildirib.

Yanğınsöndürənlər və yerli sakinlər yanğının qarşısını almaq üçün gecə-gündüz mübarizə aparırlar.

Teqlər: