Çilidə güclü zəlzələ baş verib

Çilidə 5,9 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Santyaqo şəhərindən 93 kilometr şimal-şərqdə, ocağı isə 116 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.