Çili sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 24 min insanın yaşadığı Tokopilya şəhərindən 18 km şimal-qərbdə, ocağı 69 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat, sunami təhlükəsi barədə məlumat verilmir.
Qeyd edək ki, Alyaskada 6,3 bal gücündə zəlzələ qeydə alınmışdı.