Xəbər - Orxan Nəbiyev – Trend:
Çilidə 6 yaşdan yuxarı uşaqların “Sinovac” vaksini ilə peyvəndlənməsinə icazə verilib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Milli Səhiyyə Təşkilatı qərar verib.
Qeyd edək ki, ölkədə bundan əvvəl 12 yaşdan böyük uşaqların “Pfizer/BioNTech” vaksini ilə peyvəndlənməsinə başlanmışdı.
Bu günədək ölkədə 19 milyon əhalinin 13 milyon nəfəri koronavirusa qarşı tam vaksinlənib.