Çili Milli Fövqəladə Hallar İdarəsi sunami xəbərdarlığının ləğv edildiyini bildirib. Sunami xəbərdarlığı şənbə günündən etibarən ölkənin demək olar ki, bütün bölgələrində qüvvədə olub.
AzerTimes-ın məlumatına görə, bu barədə İdarənin saytında qeyd olunub.
İdarədən bildiriblər: “Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti Arika-i-Parinakotadan Los Laqosa qədər bütün bölgələrdə, həmçinin ada ərazilərində və [Çili] Antarktidada ehtiyat rejiminin ləğv edildiyini elan edib”.
Qeyd edək ki, yanvarın 15-də Çili hakimiyyət orqanları ölkənin altı rayonunda sunami təhlükəsinin “qırmızı” səviyyəsini elan edib və sahilyanı ərazilərdə evakuasiya əmri verib.