Çili sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin mərkəzi Kopyapo şəhərindən 96 km cənub -qərbdə yerləşib. Təkanların ocağı 17 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.