Çili prezidenti Sebastyan Pinyera ölkənin Müəssislər Məclisinə seçkilərin 10 və 11 aprel tarixlərindən 15 və 16 may tarixlərinə təxirə salınması üçün parlament tərəfindən təsdiqlənmiş qanunu imzaladı.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkə hökümətinin “Twitter” səhifəsində bildirilib.
Məlumatda deyilir: “Prezident Sebastyan Pinyera qubernatorlar, bələdiyyə başçıları, şəhər şura üzvləri və Müəssislər Məclisi üzvləri seçkilərinin 15 və 16 may tarixlərinə təxirə salınmasını nəzərdə tutan konstitusiya islahatını imzalayıb”.
Seçkilərin təxirə salınmasına dair qanun layihəsi son həftələrdə müşahidə olunan koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbindən prezidentin təşəbbüsü ilə parlamentə göndərilib.