Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna üzrə danışıqlar Qərbin zəfəri ola bilməz və olmayacaq.
AzerTimes xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov bildirib.
“Bunun üçün aparıcı qeyri-Qərb ölkələrinin dərhal öz mövqelərindən əl çəkərək ABŞ və Qərbin mövqelərinə keçməsi lazım gələrdi. Bu isə mümkün deyil. Qərb alyansının və Cənubun aparıcı ölkələrinin Ukrayna böhranına yanaşmaları həddən artıq fərqlidir”, – o deyib.
Puşkov qeyd edib ki, Çin “Zelenski formulu”nu dəstəkləməyəcək:
“Çinin Rusiya ilə xüsusi strateji münasibətləri var, ABŞ-la, o cümlədən Ukrayna ilə bağlı əsaslı fikir ayrılıqları mövcuddur. Üstəlik, Pekin artıq nizamlanmada əsas götürülməli olan bir sıra prinsiplər irəli sürüb”.
Qeyd edək ki, ötən gün Ciddədə Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində sülh sammiti start götürüb.