CHP Türkiyə üçün ən böyük problemdir

CHP Türkiyə üçün ən böyük problemdir

Türkiyənin əsas problemlərindən biri müxalifətin müflis olduğunu elan etməsidir.

AzerTimes xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı deyib.

O bildirib ki, çirkin müxalifət özünü yeyən siyasi orqanizmə çevrilib:

“Bizim üçün əsl təhlükə xarici düşmənlər deyil, siyasətə yuva salan siyasi fırıldaqçılardır. CHP əslində Türkiyənin təhlükəsizliyi üçün ən böyük problemdir. İYİ Partiyanın daxilində də mövcud problemlər qalmaqdadır.

Bir sözlə düşmənlərimizə işləyən partiyalar demokratiyaya deyil, Türkiyəyə zərər vurur”.

Teqlər: