CHP sədri Gülənin ölümü haqda: Düşünməyin ki, hər şey bitdi!

CHP sədri Gülənin ölümü haqda: Düşünməyin ki, hər şey bitdi!

Yəqin ki, bu dünyadan ən böyük günahla köçən şəxs Fəthullah Güləndir.

AzerTimes xəbər verir ki, bunu CHP sədri Özgür Özəl deyib.

“Biz onun məhkəmə qarşısında cavab verməsini istərdik, olmadı. Getdiyi yerdə hesabını verir. Amma düşünməyin ki, o öləndə hər şey bitdi, geridə qoyduğu şeylər var. Söhbət dövlətin silahını öz silahına çevirən terror təşkilatından gedir. Bu terror təşkilatının yalnız təsisçisi ölüb, bu təşkilat hələ də ayaqdadır. Heç kimdə bu təhlükənin keçdiyi təəssüratı yaranmamalıdır”, – partiya sədri bildirib.

Teqlər: