Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Azərbaycan, Rusiya və Çinə səfər edəcək.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, partiya sədri “Sözçü” qəzetinə müsahibəsində bildirib ki, yalnız Avropa İttifaqına (Aİ) daxil olan ölkələrlə əlaqələr qurmur.
Onun sözlərinə görə, səfər edəcəyi hər üç ölkənin rəhbərləri ilə görüşləri baş tutacaq.
“Səfərlər bu gün və ya sabah olmayacaq, amma mütləq olacaq”, – partiya sədri bildirib.
O, müsahibəsində iyunun 9-dan sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini də vurğulayıb.
Xatırladaq ki, aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi.
Bundan başqa, fevralın 17-də ana müxalifət partiyasının lideri Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik etmişdi.