Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik CHP-nin yeni sədri Özgür Özəlin Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı sözlərə sərt reaksiya verib.
AzerTimes xəbər verir ki, partiya sözçüsü bu barədə X hesabında yazıb.
“CHP-də nə dəyişsə də, Yassıada mentaliteti dəyişmir. CHP-nin yeni seçilən sədrinin ilk işi Prezident Ərdoğanı tənqid etmək olub. Ərdoğan tam demokratik legitimliklə, millətin iradəsi ilə vəzifədədir. CHP isə hələ də demokratiya ilə mübarizəsini davam etdirir”, – Ö.Çelik bildirib.