Türkiyənin ana müxalifət partiyası – Cümhuriyyət Xalq Partiyasının (CHP) Sinop millət vəkili Barış Qaradəniz Sinop-Samsun yolunda qəza keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, qəza yerli vaxtla 18:50 radələrində Sinop-Samsun yolunun Çiftlik məhəlləsində baş verib. Sinop istiqamətində hərəkət edən CHP Sinop millət vəkili Barış Qaradənizin idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkət edən mikroavtobusa arxadan dəyib. Qəzada millət vəkili daxil olmaqla, 4 nəfər yüngül yaralanıb.
Yaralılar Sinop Atatürk Dövlət Xəstəxanasında müalicə olunduqdan sonra evə buraxılıblar.