Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin altıncı turunun oyunları keçirilir.
AzerTimes-ın məlumatına görə, bu turda Azərbaycan təmsilçiləri ABŞ şahmatçıları ilə qarşılaşıblar. Teymur Rəcəbov Uesli Soya 3:1 hesabı ilə qalib gəlib. Şəhriyar Məmmədyarovun Hikaru Nakamura ilə qarşılaşması davam edir.
Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır