Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?

Xəbər - Çingiz Səfərlİ – Trend:

Cəzaçəkmə müəssisəsindən azad olunan şəxsə sosial adaptasiyaya ehtiyacı olub-olmadığı nəzərə alınaraq minimum əmək haqqının 4 misli məbləğində birdəfəlik müavinət təyin olunur.

AzerTimes xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov “Sosial saat” verilişində qonaq olarkən deyib. Onun sözlərinə görə, müavinət həmin şəxsin müraciəti əsasında müvafiq qurumların əməkdaşlarının qiymətləndirmələri ilə müəyyənləşdirilir:

“Minimum əmək haqqı 250 manat olduğundan, şəxsə birdəfəlik 1000 manat məbləğində ödəniş edilir”.

Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini də təmin edirlər. Qanunvericiliyə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Sosial adaptasiya tədbirləri bələdiyyə vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.

Twitter: @cingizsafarli

Teqlər: