İranda sünni məzhəbli etnik bəlucların silahlı təşkilatı olan “Ceyş əl-Ədl” qruplaşması SEPAH-a bağlı 9 nəfəri girov götürdüyünü bildirib.
AzerTimes xəbər verir ki, bu barədə qruplaşmanın bəyanatında deyilib.
Bildirilib ki, saxlanılan şəxslər İran, Pakistan və Əfqanistandan olan SEPAH-a bağlı casus qrupunun üzvləridirlər.
Əməliyyatlar zamanı “Ceyş əl-Ədl” təşkilatının 2 üzvünün öldüyü qeyd edilib.