Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə AzerTimes-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, məlumatla əlaqədar nazirlliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.