Ceyranbatan kanalında 14 yaşlı yeniyetmə çimərkən boğulub.
AzerTimes Report-a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Mirzəyev Sübhan Ramiz oğlu Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hazırda onun axtarışlarını davam etdirir.