Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işğaldan azad olunmuş ərazilərə gedib.
AzerTimes xəbər verir ki, bunu diplomat Tviter səhifəsində yazıb.
“Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik. Azərbaycan-Böyük Britaniya əməkdaşlığını genişləndirmək və riskləri azaltmaq üçün birgə işləyirik. Bizim bu regionun minalardan təmizlənməsinə verdiyimiz dəstək artıq milyon funt-sterlinqdən çoxdur”, – C.Şarp vurğulayıb.