Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub

16 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici
İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş
tutub.

XİN-dən AzerTimes-a verilən məlumata görə, nazirlər bölgədəki cari
vəziyyət, o cümlədən Ukrayna ətrafındakı məsələlərlə bağlı fikir
mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri
müzakirə ediblər.

Teqlər: