Ceyhun Bayramovun Çavuşoglu ilə ilk görüşü baş tutdu

Ceyhun Bayramovun Çavuşoglu ilə ilk görüşü baş tutdu

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşüb.

Bu barədə Azərbaycan XİN-in rəsmi tvitter hesabında məlumat və fotolar paylaşılıb.

XİN rəhbərlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü keçirilib. Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Daha sonra Xarici İşlər nazirləri mətbuat brifinqi keçiriblər.