Ceyhun Bayramovun Belçikaya işgüzar səfərə yola düşüb

14 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Brüssel şəhərinə yola düşüb.

XİN Mətbuaut Xidmətindən AzerTimes-a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Teqlər: