Xəbər - Orxan Nəbiyev – Trend:
Xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde arasında görüş başlayıb.
Trend bu barədə Xarici İşlər Nazirliyinin “Twitter səhifəsinə istinadən məlumat verir.
Məlumata əsasən, görüş zamanı ikitərəfli münasibətlər, regionda hazırkı vəziyyət, üçtərəfli bəyanatın icra olunması, ATƏT-lə əməkdaşlıq və digər maraq kəsb edən məsələlər müzakirə olunur.