Ceyhun Bayramov və Serger Lavrov üçtərəfli bəyanatların icrasını müzakirə ediblər (FOTO)

10 mart 2022-ci il tarixində Antalya Diplomatiya Forumunda
iştirakı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər
naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici işlər
naziri Sergey Lavrov arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş zamanı ikitərəfli
gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.

Tərəflər, Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna
arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında
fikir mübadiləsi aparıb.

Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən
üçtərəfli bəyanatların icrası, işğal faktorun aradan qaldırılması
ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya və
nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə
dair məsələlər ətrafında müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.

Teqlər: