Ceyhun Bayramov və Mövlud Çavuşoğlu üçtərəfli bəyanatların icrasını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə
xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş
tutub.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən
məlumat verilib.

Tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli
bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı
vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri
müzakirə ediblər.

Teqlər: