Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Brüssel görüşünü müzakirə ediblər

8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici
işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş
tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər
bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların
icrası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşması məsələləri və bu xüsusda, Brüsseldə keçirilmiş yüksək
səviyyəli görüşü müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı
vəziyyət, çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı maraq
doğuran digər məsələlər müzakirə mövzusu təşkil edib.

Teqlər: