Ceyhun Bayramov və Gürcüstanın yeni xarici işlər naziri arasında telefon danışığı olub

4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni xarici işlər
naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
Ceyhun Bayramov Gürcüstanın yeni Xarici İşlər nazirini təbrik edib
və və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq
münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıb və gələcəkdə
bu əlaqələrin daha da inkişafına dair əminlik ifafə ediblər.

Teqlər: