UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili Azərbaycana səfərə gəlib.
AzerTimes xəbər verir ki, o, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
“Azərbaycanda olmaqdan və Ceyhun Bayramovla görüşməkdən qürur duyuram. UNESCO-nun İcraiyyə Şurasının fəaliyyəti üçün bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”, – Siamaşvili Tvitter səhifəsində yazıb.