Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çanaqqala zəfərinin 109-cu ildönümü münasibətilə Türkiyəni təbrik edib.

AzerTimes xəbər verir ki, bu barədə nazir X-də paylaşım edib.

“Bu gün Türkiyə xalqının vətənpərvərlik və qəhrəmanlıq salnaməsi sayılan Çanaqqala zəfərindən 109 il ötür. Bu tarixi zəfərin ildönümündə qardaş Türkiyəyə səmimi təbriklərimizi çatdırır, müstəqillik və inkişafının əbədi olmasını arzu edirik”, – nazir bildirib.

Teqlər: