Ceyhun Bayramov Somalidən olan həmkarı ilə görüşüb

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı
çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlə,
iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni
zamanda, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən
Qoşulmama Hərəkatında əməkdaşlığı məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.

Görüşdə, regional məsələlər müzakirə edilib. Nazir Ceyhun
Bayramov, münaqişə sonrası bölgədəki cari vəziyyət barədə həmkarını
məlumatlandırıb. Somali Federativ Respublikasının xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali Azərbaycanı, ərazi
bütövlüyünün təmin olunması münasibətilə təbrik edib.

Nazirlər, həmçinin təhsil sahəsində əməkdaşlıq məsələlərini
müzakirə ediblər. Somali Federativ Respublikasının xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Azərbaycan tərəfindən Qoşulmama
Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təhsil
təqaüdlərinin ayrılmasını yüksək qiymətləndirib, bu sahədə
gələcəkdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını
ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri
müzakirə ediblər.

Teqlər: