Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər
naziri Ceyhun Bayramovun Qambiyanın xarici işlər, beynəlxalq
əməkdaşlıq və xaricdə yaşayan qambiyalılar naziri Mamadu Tanqara
ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər
ikitərəfli və çoxtərəfli müstıvilərdə əməkdaşlıq məsələləri
ətrafında fikir mübadiləsi aparıblar.
Qambiya naziri Azərbaycanda 2020-ci ildə səfərdə olduğunu və
keçirilən yüksək səviyyəli görüşləri məmnunluqla xatırlayıb. İki
ölkə arasında təmasların davam etdirilməsinin əhəmiyyəti
vurğulanıb.
Beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı
çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı
qarşılıqlı razılıq ifadə edilib.
Azərbaycan hökuməti tərəfindən Qoşulmama Hərəkatı və İslam
Əməkdaşlıq Təşkilatı ölkələrinə təhsil təqaüdünün ayrıldığı və bu
çərçivədə, Qambiya gənclərinin də bu təqaüdlərdən faydalanmaq
imkanları xüsusilə qeyd edilib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri
ətrafında fikir mübadiləsi aparıblar