Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirə olunan məsələləri açıqlayıb

Uzun illər ərzində torpaqlarımızın 20 faizinin erməni işğalı
altında olması və 44 günlük Vətən müharibəsi nəticəsində bu işğala
son qoyulması ətraflı müzakirə edildi.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa
Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat
konfransında deyib.

Nazir bildirib ki, bu görüş 31 Mart – Azərbaycanlıların
soyqırımı gününə düşür. “Bu soyqırımı nəticəsində etnik zəmində on
minlərlə soydaşımız ermənilər tərəfindən qətlə yetirilib”.

XİN rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin
bərpa olunması və soydaşlarımızın öz doğma yurdlarına qayıtması
məsələsi də görüş zamanı müzakirə edilib.

“Polşadan olan şirkətlərin bərpa işlərində iştirakı
arzuolunandır və bugünkü görüşdə bu məsələyə də toxunuldu”,
C.Bayramov əlavə edib.

Teqlər: