Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistan İslam Respublikasına yola düşüb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.