Ceyhun Bayramov ölkə gənclərini Könüllülər Günü münasibətiylə təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Trend xəbər verir ki, nazir bununla bağlı “Twitter”-dəki rəsmi səhifəsində paylaşım edib.

“5 dekabr – Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram”, – deyə Ceyhun Bayramov qeyd edib.

Teqlər: