Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Ceyhun Bayramov bu barədə twitterdə məlumat yayıb:
“Qardaşım Mevlüt Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”