Ceyhun Bayramov Misirə başsağlığı verib

Xəbər - Orxan Nəbiyev – Trend:

Xarici İşlər Naziri Ceyhun Bayramov Misirdə baş vermiş qatar qəzası ilə bağlı başsağlığı verib.

AzerTimes-ın məlumatına görə, nazir bu barədə öz “Twitter” səhifəsində yazıb.

Nazir bildirib: “Qahirənin şimalında çoxlu sayda insanın ölümü və yaralanmasına səbəb olmuş qəza ilə əlaqədar dərindən kədərləndiyimi bildirirəm. Həlak olanların yaxınlarına başsağlığımı ifadə edirəm, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Qeyd edək ki, Misirdə sərnişin qatarının relsdən çıxması nəticəsində 11 nəfər ölüb, 98 nəfər yaralanıb.

Teqlər: