Ceyhun Bayramov Mərakeşə yola düşdü

Ceyhun Bayramov Mərakeşə yola düşdü

Noyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola düşüb.

XİN –dən AzerTimes-a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Teqlər: