Ceyhun Bayramov Macarıstanın xarici işlər naziri ilə görüşüb

20 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər
Komitəsinin 132-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər
və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görüşdə nazirlər, iki
ölkə arasında siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlıq
məsələləri müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik
məsələləri ətrafında fikir mübadiləsi aparılıblar.

İki ölkə arasında yüksək səviyyəli münasibətlərin və siyasi
dialoqun mövcudluğu vurğulanıb. İqtisadi, ticarət, humanitar və s
sahələrdə əlaqələrin daha da inkişafı üçün potensialın mövcudluğu
qeyd edilib.

Tərəflər, cari ilin 01-03 iyun tarixlərində Bakıda keçiriləcək
Enerji Forumunun əhəmiyyəti, habelə Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu xüsusi qeyd
ediblər.

Görüş çərçivəsində tərəflər, həmçinin digər qarşılıqlı maraq
doğuran məsələrlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər: