Bu gün İtaliyanın Turin şəhərində keçirilən Avropa Şurasının
Nazirlər Komitəsinin iclasın çərçivəsində xarici işlər naziri
Ceyhun Bayramov İspaniyanın xarici işlər naziri Xose Manuel Albares
ilə görüşüb.
Xarici İşlər Nazirliyindən
Trend-ə verilən məlumata görə, görüşdə nazirlər İspaniya və
Azərbaycan arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin
inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Tərəflər, iki ölkə arasında qarşılıqlı səfərlərin həyata
keçirilməsinin önəmini qeyd edərək, hər iki nazirlik tərəfindən
bunun təşviq olunmasına dair razılıq ifadə ediblər.
Nazirlər ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o
cümlədən iqtisadi, enerji, elm-təhsil, mədəniyyər və digər
sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini
vurğulayıblar.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı məsələləri üzrə
fikir mübadiləsi aparılıb, İspaniyanın Azərbaycanın Avropa İttifaqı
ilə əlaqələrinin inkişafını dəstəklədiyi qeyd edilib.
Nazir Ceyhun Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud
olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və
quruculuq işləri, minaların təmizlənməsi, məcburi köçkünlərin
təhlükəsiz şəraitdə evlərinə geri dönmələri üçün görülən işlər,
Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar
barədə məlumat verib.
Xarici İşlər Nazirliyindən
Trend-ə verilən məlumata görə,