Ceyhun Bayramov idarə rəisini işdən çıxarıb?

Ceyhun Bayramov idarə rəisini işdən çıxarıb?

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi Ramil Rzayevin işdən çıxarılması ilə bağlı xəbərlər yayılıb.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, idarə rəisinin xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə vəzifəsindən azad edildiyi bildirilib.

Məsələ ilə bağlı nazirlikdən qeyd edilib ki, XİN-də daxili rotasiya olub:

“Bu işdən çıxarılma deyil. Daxili rotasiya olub. Ramil Rzayev başqa idarənin rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən başlayacaq”, – deyə əlavə edib.

Teqlər: