Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetinin yaranmasının 15-ci ildönümü münasibətilə ali təhsil ocağının rektoru Hafiz Paşayevi təbrik edib.
AzerTimes-ın məlumatına görə, bu barədə XİN başçısı tvitter səhifəsində yazıb:
“Bu gün böyük zəhmət və əməyin bəhrəsi olan ADA Universitinin 15 ili tamam olur. Bu münasibətlə universitetin rektoru, professor Hafiz Paşayev başda olmaqla ADA Universitetinin bütün kollektivini təbrik edir, onlara yeni nailiyyətlər arzu edirəm!”.