Ceyhun Bayramov Gürcüstanın keçmiş xarici işlər naziri ilə telefonla danışıb

4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər
naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
Ceyhun Bayramov, David Zalkalianinin Gürcüstanın xarici işlər
naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksək səviyyəli
və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və
beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə
səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə
edib.

Nazir David Zalkalianiyə yeni, Gürcüstanın ABŞ-dakı səfiri
vəzifəsində uğurlar arzulayıb.

Gürcüstanın yeni Xarici İşlər nazirini təbrik edib və və ona
yeni vəzifəsində uğurlar arzulayıb.

Teqlər: