Ceyhun Bayramov fransalı həmkarı ilə regiondakı cari vəziyyəti müzakirə edib

17 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Avropa və
xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş
tutub.

Trend Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə
istinadən xəbər verir ki, nazirlər, regiondakı cari vəziyyət, o
cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri
müzakirə ediblər.

Danışıq zamanı nazirlər Azərbaycan tərəfindən təqdim edilmiş beş
baza prinspinə toxunublar. Fransa naziri Fransanın Azərbaycan və
Ermənistan arasında normallaşma səylərinə dəstəyini ifadə edib.

Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair
fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, ikitərəfli gündəliyin aktual
mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə
ediblər.

Teqlər: