Bu gün xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər
Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak
etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
C.Bayramovun səfər çərçivəsində, həmçinin bir sıra görüşlərinin
keçirilməsi nəzərdə tutulub.