Ceyhun Bayramov Belqradda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Qoşulmama Hərəkatının 60 illik yubileyi münasibətilə Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində nazir Ceyhun Bayramov Belqradda yerləşən “Taşmaydan” parkına gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsini ehtiramla yad edib, önünə gül dəstələri düzüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir, həmçinin həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edib, hər iki abidənin önünə gül dəstələri qoyub.

Teqlər: