Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç və İslandiyanın Baş naziri Katrin Yakobsdottirlə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Ceyhun Bayramov İslandiyanın paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir.
Azərbaycanın XİN başçısının Zirvə Görüşündə iştirak edəcək dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.