10 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərinə yola
düşüb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Antalya
Diplomatiya Forumunda iştirak edəcək nazir Ceyhun Bayramovun,
həmçinin çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə
tutulur.