Ceyhun Bayramov Almaniya federal kanslerinin müşaviri ilə görüşüb

Almaniyaya işgüzar səfəri çərçivəsində 28 mart 2022-ci il
tarixində nazir Ceyhun Bayramov Almaniya Federativ Respublikasının
federal kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri
Yens Plötner ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş zamanı tərəflər,
ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, Azərbaycan
və Avropa İttifaqı münasibətləri, habelə regional və beynəlxalq
təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə post-münaqişə
dövründə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası
istiqamətində Azərbaycanın atdığı addımlar, azad edilmiş ərazilərdə
həyata keçirilən bərpa və quruculuq işləri, habelə Ermənistan
tərəfindən birgə bəyanatın müddəalarının pozulması və sülh və
sabitliyin təmin olunmasına əngəllərin törədilməsi ilə bağlı
ətraflı məlumat verib. Nazir, bölgənin gələcək sülh şəraitində
inkişafına dair Azərbaycanın baxışı ilə bölüşüb.

Görüşdə tərəflər, həmçinin Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinə verdiyi töhfə, Cənubi Qaz Dəhlizi layihəsinin
həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq perspektivləri və
digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Teqlər: