Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə Qarabağ bəyanatını müzakirə etdi

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerTimes-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Teqlər: