25 fevral 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, Dövlət Katibinin
ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş
tutub.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Tərəflər
Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son
durum ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq
doğuran məsələlərini müzakirə ediblər.